Debütant "Xəzri" final seriyasına darmadağınla start verib

16 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  final seriyasının ilk oyunu baş tutub.  "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən "Xəzri", yekunda 95-70 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" final seriyasında 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Sabah" (Maykl Holton - 19 xal, 9 asist), "Xəzri" (Ceremi Maklaflin - 20 xal, 5 ribaund)

Qeyd edək ki, final seriyasının ikinci oyunu 19 may tarixində keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ