Azərbaycan Voleybol Millisi Qızıl Avropa Liqasının İlk turunu xalsız Başa vurdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib. Komandamız Bakıda təşkil olunan 1-ci tur çərçivəsində bu gün Ukrayna yığması ilə üz-üzə gəlib. GİN-in Voleybol Mərkəzində təşkil edilən qarşılaşmada qonaq komanda 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, millimiz hər iki oyunda məğlub olaraq 1-ci turu xalsız başa vurub.

Qeyd edək ki, növbəti oyunlar 24-26 may tarixlərində Belçikada təşkil olunacaq. Rəqiblərimiz meydan sahibi və Şimali Makedoniya yığmaları olacaq.

Qızıl Avropa Liqası (#EuroLeagueM)

KişilI tur (Azərbaycan)

19 may

Azərbaycan - Ukrayna 0:3 (16:25, 16:25, 23:25)

Müəllif: Bəhruz MƏMMƏDOV