PROSİNEÇKİ QARŞIDAKI 2 OYUN ÜÇÜN HEYƏTİ AÇIQLADI
ESTAFET/ 2018-ci ildə Rusiyada təşkil olunacaq Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San Marino yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Robert Prosineçki bu qarşılaşmalar üçün 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Kamran Ağayev ("Mlada Boleslav", Çexiya), Səlahət Ağayev ("Neftçi"), Anar Nəzirov ("Zirə")
Müdafiəçilər: Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı "Qarabağ"), Tərlan Quliyev ("İnter"), Ürfan Abbasov ("Qəbələ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Məhəmməd Mirzəbəyov ("Neftçi")
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov, Riçard Almeyda (hamısı "Qarabağ"), Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə ("Zirə"), Cavid Hüseynov ("Qəbələ"), Araz Abdullayev ("Anortosis", Kipr), Dmitri Nazarov ("Aue", Almaniya)
Hücumçular: Ramil Şeydayev ("Jilina", Slovakiya), Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Ruslan Qurbanov ("Qəbələ"), Renat Dadaşov ("Ayntraxt", Almaniya).