"IronWinD 113" Triatlonunda Fərdi və Estafet Qalibləri Təltif Edildi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Feferasiyası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Triterra Baku Triatlon klubunun təşkilatçılığı ilə bu gün Pirallahıda “IronWinD 113”-Cənubi Qafqazda növbəti, ən uzun triatlon yarışı keçirildi. Turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarusiya, Böyük Britaniya , BƏƏ, Ukrayna, İrlandiya, Gürcüstan kimi ölkələrdən ümumilikdə 200 idmançı gücünü sınadı.

Yarışçılar 1,9 km üzüb, 90 km velosiped sürüb, 21,1 km qaçdılar.

Turnirə həm fərdi, həm də estafet (komanda) şəklində qatılanlar var idi.

Mütləq kateqoriyasının qaliblərinə medalları Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev təqdim etdilər.

Mütləq kateqoriyasının qalibləri:

Qadınlarda:

1-ci yer Kurkus Valentina
2-ci yer Nagle Michelle
3-cü yer Krivetskaya Sofya

Kişilərdə:

1-ci yer Vasilyev Denis
2-ci yer Vshivtsev Alexey
3-cü yer Mordasov Oleksandr

Kişi estafeti:

1-ci yer Roman Vladika, Tural Mahmudov, Ceynur Əhmədov

2-ci yer Sergey Burlov, Serqan Abasov, Elman Abışov

3-cü yer Əmir Sam, Naxcavani Tural Bədirli, Seymur Şahbazov

Qadın estafeti

Alena Süleymanova, Tamara Maksakova, Leyla Abdinova

Qarışıq:

1-ci yer Fatimə Əlkərəmova, Musa Mikayılzadə, Cəlal Süleymanov

2-ci yer Yernazarova Aygül, Jetessov Kadırjan, İzbassarov Darxan

3-cü yer Timur İqlikov, İqor Martınov, Aida Yesterekova

Müəllif: Bəhruz MƏMMƏDOV