QADINLARIMIZ MUNDİALI MEDALSIZ TƏRK EDİR

ESTAFET/ Fransanın paytaxtı Parisdə güləş üzrə Dünya Çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub. Təəssüf ki, mübarizəyə qoşulan 4 güləşçimizdən heç biri fəxri kürsüyə qalxmağı bacarmayıb və bununla da qadın yığmamız mundialı medalsız tərk edib. 

Təmsilçilərimizin rəqiblərini və nəticələrini təqdim edirik.

48 kq
1/8 final: Türkan Nəsirova - Patrisia Bermudez (ARG) 8:11 

53 kq
1/16 final: Leyla Qurbanova - Sümeyya Sezər (TUR) 10:0
1/8 final: Leyla Qurbanova - Roksana Zasina (POL) 1:3

60 kq
1/16 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (LAT) 0:2

69 kq
1/16 final: Elis Manolova - Anastasiya Bratçikova (RUS) 0:10