Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
A.Əlibəyov Rusiyada beynəlxalq atçılıq yarışında Müstəqillik Gününə həsr edilən qələbə -
A.Əlibəyov Rusiyada beynəlxalq atçılıq yarışında Müstəqillik Gününə həsr edilən qələbə

Həmyerlimiz beynəlxalq yarışın qalibi olub.

26-28 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə “Maksima Masters” Avrasiya kuboku uğrunda yarış keçirilib.

2 gün davam edən beynəlxalq yarışda 3 atla iştirak edən təmsilçimiz yarışın birinci günü cavan atlar arasında (5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc, yarışın ikinci günü isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və İntermediate 1 Freestyle proqramında 1 qızıl medal qazanaraq Dövlət Himnimizi 2 yarış günündə 5 dəfə səsləndirib.

Təmsilçimiz A. Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin şanlı səhifələrindən olan 28 May - Müstəqillik Gününə həsr etdiyini bildirib.

Müəllif: Bəhruz MƏMMƏDOV