HACI ƏLİYEV ÜÇQAT DÜNYA ÇEMPİONUDUR!
ESTAFET/ Fransanın paytaxtı Parisdə güləş üzrə Dünya Çempionatında bugündən artıq sərbəst güləşçilərin mübarizəsi başlayıb.
Bu gün 4 çəki dərəcəsində pəhləvanlar döşək üzərinə çıxıblar. Ən ağır çəki dərəcəsində təmsilçimiz olmadığından yarışların ilk günündə 3 güləşçimiz mübarizəyə qoşulub və ölkəmiz üçün əlamətdar hadisə ilə başa çatıb. Belə ki, 61 kq çəki dərəcəsində Hacı Əliyev Parisdə 3-cü Dünya çempionluğunu rəsmiləşdirib. Bu isə Azərbaycan güləş tarixində bir ilkdir.
Təmsilçilərimizin rəqiblərini və nəticələrini təqdim edirik.
57 kq
1/16 final: Mahir Əmiraslanov - Nodirjon Safarov (UZB) 6:7
61 kq
1/16 final: Hacı Əliyev - Əlibəy Osmonov (KGZ) 8:0
1/8 final: Hacı Əliyev - Rinya Nakamura (JPN) 10:1
1/4 final: Hacı Əliyev - Mikola Bolotnik (SVK) 10:0
Yarımfinal: Hacı Əliyev - Youlis Rodrigez (CUB) 8:2
FİNAL: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 7:1 tuşe
86 kq
1/16 final: Aleksandr Qostiyev - Bəxtiyar karagul oğlu (KGZ) 10:0
1/8 final: Aleksandr Qostiyev - David Xutsişvili (GEO) 4:0
1/4 final: Aleksandr Qostiyev - Həsən Yazdaniçarati (IRI) 0:10
Təsəlliverici: Aleksandr Qostiyev - Pyotr Yanulov (BUL) 5:2
Bürünc medal üçün: Aleksandr Qostiyev - Vladislav Vəliyev (RUS) 1:3