AZƏRBAYCAN - ALMANİYA: 2-Cİ OYUN

ESTAFET/ Xəbər verdiyimiz kimi, Almaniyanın şahmat üzrə qadınlardan ibarət yığma komandası ölkəmizdə təlim-məşq toplanışındadır. Federasiyalar arasında əldə olunan razılaşmaya əsasən təlim-məşq toplanışı çərçivəsində hər komandanın tərkibində 5 nəfər olmaqla və hər bir şahmatçının bir-birilə görüşməsi ilə 5 yoldaşlıq oyunu keçiriləcək.

 

Bu gün komandalar arasında ikinci oyun keçirilib və almanlar qalib gələrək ümumi hesabı bərabərləşdiriblər. Qeyd edək ki, ilk oyun yığmamızın 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

AZƏRBAYCAN - ALMANİYA 1,5:3,5

 

Gülnar Məmmədova (2357) - Elizabet Peytz (2469) 0,5:0,5

Ülviyyə Fətəliyeva (2323) - Sara Hult (2449) 0:1

Xanım Balacayeva (2282) -Josefin Heyneman (2284) 0,5:0,5

Zeynəb Məmmədyarova (2277) - Yelena Levuşkina (2311) 0:1

Nərmin Xələfova (2239) - Fiona Siber (2277) 0,5:0,5

 

Qeyd: Adları tünd rənglə verilən şahmatçılar qara fiqurlarla oynayıblar.