Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə qələbə ilə başlayıb.

Açılış oyununda yeni yaranmış “Baku Fleyms” komandası ilə qarşılaşan yığma rəqibini 21:6 hesabı ilə məğlub edib.

Azərbaycan seçməsi növbəti matçını bu gün Portuqaliya yığması və Polşanın “Varşava Lotto” kollektivinə qarşı keçirəcək.

İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.

Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər. II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.

Müəllif: Məsim MƏSİMZADƏ