"Qarabağ" tarixində 20-ci titulunu qazanıb

“Qarabağ” tarixində 20-ci titulu qazanıb.
Ağdam klubu buna Azərbaycan Kubokunu qazanmaqla nail olub.
Qurban Qurbanovun yetirmələri finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.
“Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı dəfə “qızıl dubl”a imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib.
Hesabında 11 çempionluq olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb. Ağdamlılar titul sayında da Azərbaycan rekordunu yeniləyib.
