AZƏRBAYCAN - ALMANİYA: 4-CÜ OYUN

ESTAFET/ Xəbər verdiyimiz kimi, Almaniyanın şahmat üzrə qadınlardan ibarət yığma komandası ölkəmizdə təlim-məşq toplanışındadır. Federasiyalar arasında əldə olunan razılaşmaya əsasən təlim-məşq toplanışı çərçivəsində hər komandanın tərkibində 5 nəfər olmaqla və hər bir şahmatçının bir-birilə görüşməsi ilə 5 yoldaşlıq oyunu keçiriləcək.
Bu gün komandalar arasında dördüncü oyun keçirilib. Qızlarımız inamlı oyun göstərərək 3,5:1,5 hesablı qələbə ilə ümumi hesab arasındakı fərqi artırıblar - 3:1.
AZƏRBAYCAN - ALMANİYA 3,5:1,5
Gülnar Məmmədova (2357) - Josefin Heyneman (2284) 0,5:0,5
Ülviyyə Fətəliyeva (2323) - Fiona Siber (2277) 1:0
Xanım Balacayeva (2282) - Sara Hult (2449) 1:0
Zeynəb Məmmədyarova (2277) - Elizabet Peytz (2469) 1:0
Nərmin Xələfova (2239) - Yelena Levuşkina (2311) 0:1
Qeyd: Adları tünd rənglə verilən şahmatçılar qara fiqurlarla oynayıblar.
