YIĞMAMIZ ALMANİYAYA 4:1 HESABI İLƏ QALİB GƏLDİ
ESTAFET/ Xəbər verdiyimiz kimi, Almaniyanın şahmat üzrə qadınlardan ibarət yığma komandası ölkəmizdə təlim-məşq toplanışındadır. Federasiyalar arasında əldə olunan razılaşmaya əsasən təlim-məşq toplanışı çərçivəsində hər komandanın tərkibində 5 nəfər olmaqla və hər bir şahmatçının bir-birilə görüşməsi ilə 5 yoldaşlıq oyunu keçirilib.
Bu gün komandalar arasında sonuncu oyun keçirilib. Qızlarımız ümumi hesabda qələbəni ötən turdan təmin etsələr də, son turda da inamlı oyun göstərərək 3,5:1,5 hesablı qələbə qazanıblar. Bununla da Azərbaycan - Almaniya qarşılaşmaları şahmatçılarımızın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
AZƏRBAYCAN - ALMANİYA 3,5:1,5
Gülnar Məmmədova (2357) - Yelena Levuşkina (2311) 1:0
Ülviyyə Fətəliyeva (2323) - Josefin Heyneman (2284) 1:0
Xanım Balacayeva (2282) - Elizabet Peytz (2469) 0:1
Zeynəb Məmmədyarova (2277) - Fiona Siber (2277) 1:0
Nərmin Xələfova (2239) - Sara Hult (2449) 0,5:0,5
Qeyd: Adları tünd rənglə verilən şahmatçılar qara fiqurlarla oynayıblar.