Millimizin yeni baş məşqçisinin təqdimat mərasiminin vaxtı açıqlandı

ESTAFET/ İyunun 13-də futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, AFFA Santuşla AÇ-2028-in seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.

Müəllif: Natiq NƏSİROV