AMADA-dan gimnastlar üçün antidopinq maarifləndirmə seminarı
ESTAFET/ AMADA gimnastlar üçün antidopinq maarifləndirmə seminarı təşkil edib.
Qurumun mətbuat xidmətinin məlumatına görə, seminarda idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, narkotik vasitələr, onların zərərləri və cəmiyyətə olan mənfi təsirlərindən danışılıb.