Türkiyə millisi Avstriyaya qarşı

ESTAFET/ Almaniyada keçirilən Avropa çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

Son gündə 2 oyun baş tutacaq.

Əvvəlcə Rumıniya və Niderland yığmaları üz-üzə gələcəklər. Günün digər oyunu Avstriya və Türkiyə yığmaları arasında baş tutacaq.

Daha öncə İsveçrə, Almaniya, İngiltərə, İspaniya, Fransa və Portuqaliya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

AÇ-2024
1/8 final

2 iyul

20:00. Rumıniya – Niderland
Baş hakim: Feliks Svayer (Almaniya).
Münhen. “Alyans Arena”.

23:00. Avstriya – Türkiyə
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Leypsiq. “Red Bull Arena”.

Müəllif: Natiq NƏSİROV