Millimiz Avropa üçüncüsü oldu

ESTAFET/ Serbiyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü yeri tutub. Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.

Müəllif: Natiq NƏSİROV