Osimhenin gəlişi ilə PSJ-ni kimlər tərk edəcəklər?

ESTAFET/ PSJ “Napoli”nin nigeriyalı hücumçu Viktor Osimhenin transferi halında komandanın hücumçularından biri ilə ayrılmaq seçimini nəzərdən keçirir.

Paris klubu fransalı hücumçu Randal Kolo Muani və portuqal hücumçu Qonsalu Ramuşu satmaq imkanını təhlil edir.

Bildirilir ki, Fransa nəhəngi Ramuşu baş məşqçi, ispan mütəxəssis Luis Enrikenin oyun üslubuna uyğunlaşdığı üçün saxlamağa daha çox meyllidir. Kolo Muaninin satışı isə, rəhbərliyin fikrincə, Osimhenə maraq mənzərəsində böyük sərmayələr ediləcəyi təqdirdə maliyyə baxımından uğurlu bir satış ola bilər.

Müəllif: Məsim MƏSİMZADƏ