Millimiz bu gün final matçına çıxacaq

ESTAFET/ Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.

Komanda Kipr yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.

Müəllif: Məsim MƏSİMZADƏ