Milli mətbuat gününə həsr olunan şahmat turniri keçirildi

İyulun 21-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçirilib.

Yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılmaqla hər gedişə 5 saniyə əlavə edilib. Yekunda Ceyhun Əliyev idman jurnalistləri arasında şahmat turnirinin qalibi olub. İlkin Vidadioğlu və Faiq Tahirov müvafiq olaraq 2-3-cü yerləri tutub.

İlk üç yeri tutan jurnalistlərə diplom və pul mükafatı təqdim olunub. Turnirin bütün iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV