Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
2034-cü ildə Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhər açıqlandı -
2034-cü ildə Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhər açıqlandı

ESTAFET/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının ABŞ-nin Solt-Leyk Siti şəhərində keçiriləcəyinə açıqlayıb.

Bu barədə qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilib.

BOK komissiyasının 83 üzvü qərarın lehinə, 6 nümayəndə isə əleyhinə səs verib.

Olimpiya Oyunları Solt Leyk Siti şəhərində ikinci dəfə keçiriləcək. Daha əvvəl 2002-ci ildə sözügedən şəhər yarışlara ev sahibliyi edib.

2030-cu ildə XXVI Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

Müəllif: Natiq NƏSİROV