Bakıda qrapplinq üzrə Avropa çempionatına yekun vurulub

Bakı İdman Sarayında qrapplinq üzrə Avropa çempionatına yekun vurulub.

Gi versiyasında (kimono ilə) oğlanlarda Əbülfəz Məmmədov (39-42 kq) və Davud Babayev (46 kq) gümüş, Rəvan Ağayev (39-42 kq), Vüqar Abbasov (46 kq) və Nihad Məmmədzadə (50 kq) bürünc medal qazanıblar.

Qızlarda Aysu Əliyeva (43 kq) gümüş, Leyla Nurullayeva (46 kq) isə bürünc medala sahib olublar. Gi versiyasında U-20 qızlarda Nərmin İsgəndərli (49 kq) gümüş və Zeynəb Əlirzayeva (49 kq) bürünc medala layiq görülüblər.

20 yaşlı oğlanlarda Emil Verdiyev (62 kq) və Elman Əsgərov (71 kq) gümüş medala yiyələniblər. U-17 və U-20 no-gi (kimonosuz) növündə Azərbaycan millisi komanda hesabında 3-cü yer tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV