Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasına qarşı -
Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasına qarşı

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda səfərdə Türkiyə yığması ilə üz-üzə gələcək. “Ərzincan 13 Şubat” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.

31 May

21:00. Türkiyə – Azərbaycan

Baş hakim: Aleksandra Kollin

Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar

Dördüncü hakim: Klemens Qonçalves

"Ərzincan 13 Şubat stadionu"

Qeyd edək ki, qrup mərhələsinin ilk iki turundan sonra Türkiyə yığmasının 3, Azərbaycan millisinin isə 1 xalı var.

Müəllif: Bəhruz MƏMMƏDOV