MƏCİDOV İLK DÖYÜŞDƏN QƏLƏBƏ İLƏ AYRILDI: DÇ-2017

ESTAFET/ Xəbər verdiyimiz kimi Hamburqda (Almaniya) boks üzər Dünya çempionatı start götürüb. Dünyanın seçilmiş 280 boksçusu burada 9 gün ərzində 10 çəki dərəcəsində ən güclüləri müəyyən edəcəklər.

 

Azərbaycan mundialda 4 boksçu ilə təmsil olunur - Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq).

 

Yarışlarda artıq iki gün arxada qalıb. İlk gün təmsilçilərimizdən heç biri rinqə çıxmayıb. İkinci döyüş günündə isə ən ağır çəkidəki təmsilçimiz Məhəmmədrəsul Məcidov ilk döyüşünə çıxıb və rinqi qalib tərk edib. Belə ki, boksçumuzun hind Kumar Satişlə döyüşündə hakimlər yekdilliklə qələbəni Məcidova veriblər - 5:0.