Azərbaycanlı gənc Taekvondoçular Qazaxıstanda 18 medal qazandı
26-28 iyul tarixində Qazaxıstanın Aktau şəhərində keçirilən taekvondo üzrə “Jhas-Batur” Açıq Respublika Turnirində Azərbaycanın Ümid, Fərasət (3) və Təhsil (1) Taekvondo klublarından 18 idmançı iştirak etdi. Kiçik yeniyetmələrin Baş Məşqçisi, Ümid Taekvondo Klubunun rəhbəri, Avropa Çempionu İlkin Şahbazovun təşəbbüsü və başçılığı altında azərbaycanlı idmançılar 23 iyul tarixində Aktau şəhərinə yola düşərək, gündəlik intensiv məşqlər və yarış hazırlıqlarını tamamladılar.
26 iyul tarixində tatamiyə çıxan idmançılarımız günün sonunda 10 qızıl, 3 gümüş və 5 bürünc medalla yarışı tamamlayaraq, böyük uğur əldə etdilər. Bu nailiyyət, onların səylərinin və peşəkarlıqlarının nəticəsidir.
Qızıl medal - İsmayıllı Mehriban, Mürvətov Əhməd, Azayeva Esmanur, Şahbazov Ümid, İsmayıllı Dəniz, Məmmədzadə Coşqun, Hüseynov Yunis, Dostuyev Bahadur, Əliyeva Gülay, Mehdi Budaqlı
Gümüş medal - Abışov Amin, Səmədov Rəsul, Məmmədov Hüseyn
Bürünc medal – Qafarzadə Selin, Babapur Akel, Mürvətova Nərmin, Mehdiyev Əli, Məhərləmli Fuad
Azərbaycanlı idmançıların bu qələbələri, onların taekvondo sahəsində nə qədər istedadlı və əzmkar olduqlarını göstərir. İdmançılarımıza gələcək yarışlarda da uğurlar arzulayır, nailiyyətlərinin davamını diləyirik.
Esmira Turan