Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Diana Dımçenko Paris-2024 Olimpiya Oyunlarında 1/4 finalda -
Diana Dımçenko Paris-2024 Olimpiya Oyunlarında 1/4 finalda

Paris-2024 Yay Olimpiya Oyunlarında akademik avarçəkmə üzrə ölkəmizi təmsil edən Diana Dımçenko yarışlara uğurlu start verib. Təsnifat mərhələsində güclü rəqiblərlə mübarizə aparan idmançımız 3-cü yer tutaraq 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

1/4 final iyulun 30-da keçiriləcək və Diana Dımçenkonun daha da irəliləyərək uğur qazanacağına ümid edirik. Avarçəkənimizin bu uğuru, onun əzmkarlığının və hazırlığının göstəricisidir. İdmançımıza növbəti mərhələdə də uğurlar arzulayırıq.

Müəllif: Bəhruz MƏMMƏDOV