YIĞMAMIZIN QARŞIDAKI OYUNLARI ÜÇÜN HAKİM TƏYİNATLARI

ESTAFET/ Azərbaycan yığma komandasının 2018-ci ildə Rusiyada təşkil olunacaq Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Osloda Norveçə qarşı, sentyabrın 4-də isə Bakıda San Marinoya qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb.

 

Norveç – Azərbaycan
Baş hakim: Daniel Stefanski
Yan xətt hakimləri: Robert Marcin Boniek, Dawid Golis
Dördüncü hakim: Bartosz Frankowski (Polşa)
Hakim-inspektor: Jones Peter (İngiltərə)
Komissar: Nicolae Camelia (Rumıniya)

Azərbaycan – San Marino
Baş hakim: Nikola Dabanovic
Yan xətt hakimləri: Milutin Djukic, Jovica Tatar
Dördüncü hakim: Pavle Radovanovic (Monteneqro)
Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)