Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər

Azərbaycanın qadın cüdoçuları “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışında iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, on gün davam edən hazırlıq prosesinə 30-a yaxın idmançı qatılıb.

Qadın cüdoçular yüksək performansı təmin etmək üçün intensiv məşq sessiyalarında iştirak edib, texnika və strategiyalarını təkmilləşdiriblər.

Təlim-məşq toplanışı qarşıdan gələn “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyıb.

Müəllif: Natiq NƏSİROV