Azərbaycanın kişi basketbol millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.
Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişi yığmamız həlledici görüşdə Kipr seçməsi ilə üz-üzə gəlib.
Rəqibini 20:18 hesabı ilə üstələyən milli komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.
