İNTİZAM KOMİTƏSİNDƏ ALINAN CƏRİMƏ QƏRARLAR

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun "Qarabağ" - "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının III turunun "Neftçi" - "Kəpəz" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının III turunun "İnter" – "Səbail" matçının 63-cü dəqiqəsində "İnter" klubunun futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının III turunun "Qarabağ" - "Qəbələ" matçının 69-cu dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin III turunun "İnter" - "Səbail" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Oyunun 43-cü dəqiqəsində "Səbail" klubunun məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 62 ).
Əvəzedici heyətlərin III turunun "Neftçi" - "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40 ).
