UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub

UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılıb.

innews.media xəbər verir ki, mərasimdə “Qarabağ”ın da rəqibləri bəlli olub.

Ağdam klubu Liqa mərhələsində Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Fransanın “Lion”, Yunanıstanın “Olimpiakos”, Norveçin “Budyo-Qlimt”, Rumıniyanın “Styaua”, İsveçin “Malmö” və “Elfsborq” klubları ilə qarşılaşacaq.

Azərbaycan çempionu dörd oyunu evdə, digər dördünü isə səfərdə keçirəcək.

1-ci səbətdən: "Tottenhem" (səfərdə), "Ayaks" (evdə)

2-ci səbətdən: "Olimpiakos" (səfərdə), "Lion" (evdə)

3-cü səbətdən: "Malmö" (evdə), "Bodo Glimt" (səfərdə)

4-cü səbətdən: "FCSB" (evdə), "Elfsborq" (səfərdə)

Əsas mərhələdə 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

Müəllif: Bəhruz MƏMMƏDOV