"SUMQAYIT"DA İSTİRAHƏT BİTDİ, HAZIRLIQLAR BAŞLADI
ESTAFET/ 3-cü turda "Zirə" ilə qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan "Sumqayıt" FK məşqləri bərpa edib. Bu gün saat 19:00-da "Kapital Bank Arena"da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində çalışıb. Qeyd edək ki, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev U-21 millinin heyətində olduqları üçün məşq prosesində iştirak etməyiblər. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq, komandaya qoşulub.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 10 sentyabr tarixində "Kapital Bank Arena"da keçiriləcək.