Yığmamızın oyunlarının təqvimi açıqlandı

ESTAFET/ AÇ-2026-nın əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib. 

Futzal üzrə Azərbaycan millisi mübarizəyə dekabrda doğma meydanda başlayacaq.

Komandamız son görüşünü də paytaxtda keçirəcək. Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

11 dekabr 2024
İsveç – Yunanıstan

17 dekabr 2024
AZƏRBAYCAN – İsveç

31 yanvar 2025
Xorvatiya – AZƏRBAYCAN

4 fevral 2025
İsveç – Xorvatiya
AZƏRBAYCAN - Yunanıstan

7 mart 2025
Yunanıstan – Xorvatiya
 
11 mart 2025
Xorvatiya – İsveç
Yunanıstan – AZƏRBAYCAN

11 aprel 2025
İsveç – AZƏRBAYCAN
Xorvatiya – Yunanıstan

15 aprel 2025
AZƏRBAYCAN – Xorvatiya
Yunanıstan - İsveç

Müəllif: Məsim MƏSİMZADƏ