Orxan və Lamiyə “Şöhrət” ordeni ilə təltif ediliblər

ESTAFET/ Azərbaycan Milli Paralimpiya komandası üzvləri Aslanov Orxan Əlövsət oğlu və Vəliyeva Lamiyə Rövşən qızı “Şöhrət” ordeni ilə təltif olunublar.

Bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Onlar Fransanın Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bu ordenlə təltif ediliblər.

Müəllif: Natiq NƏSİROV