ELMAR VƏ İRİNA DÜNYA 3-CÜSÜ OLDULAR
ESTAFET/ Budapeştdə keçirilən cüdo üzrə Dünya çempionatı davam edir.
Bu gün mundialda sonuncu yarış günüdür və tatami ağır çəkili cüdoçuların ixtiyarına verilib. Belə ki, kişilərdə 100 və +100, qadınlarda isə +78 kq çəkilərdə ən güclülər müəyyənləşəcək.
+100 kq çəki dərəcəsindəki təmsilçimiz Uşangi Kokauri ilk güörüşündən braziliyalı Rafael Silvaya məğlub olaraq mübarizəni dayandırmalı olub.
100 kq çəki dərəcəsində 2 cüdoçu ilə təmsil olunuruq - Dünya çempionu Elxan Məmmədov və Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımovla.
İlk mərhələdən azad olan Elmar 1/16 finalda monqol cüdoçu Otqonbaatar Lxaqvasureni məğlub edib. 1/8 finalda onun rəqibi Portuqaliya təmsilçisi Jorj Fonseka olub. Elmar 2 vazari fəndinin ardınca son saniyələrdə ippon fəndi işlədərək növbəti mərhələyə yüksəlib. Yarımfinal üçün Elmar yapon Aaron Volfla qarşılaşıb və vazari ilə məğlub olub. Bürünc uğrunda təsəlliverici görüşdə Elmar Belçika təmsilçisi Toma Nikiforovu məğlub edib. Bürünc medal görüşündə iki cüdoçumuz qarşılaşıb və medal Elmara qismət olub.
Elxan da mübarizəyə ikinci mərhələdən başlayıb və kanadalı Kayl Reyesə əlavə vaxtda vazari ilə qalib gəlib. 1/8 finalda Elxan ukraynalı Anton Savitskini vaxtından əvvəl ipponla keçərək 1/4 finala yüksəlib. Burada onun rəqibi rus Kazbek Jankişiyev olub. Rəqibini ipponla keçən Elxan final üçün gürcü Varlam Lipertiani ilə güləşib və tatamini məğlub tərk edib. 3-cülük görüşündə isə digər təmsilçimiz Elmara məğlub olan Elxan 5-ciliklə kifayətlənib.
Qadınların mübarizəsində +78 kq çəki dərəcəsində milliləşdirilən legioner İrina Kindzerska tatamiyə çıxıb. Ardıcıl olaraq Noelin Kore (Toqo) və Santa Pakenayteni (Litva) ippona salan İrina 1/4 finala adlayıb. Burada təmsilçimizi Larisa Ceriçlə qarşılaşıb və 2 vazari ilə üstün olaraq adını yarımfinala yazdırıb. Təmsilçimiz final üçün Çin cüdoçusu Sonq Yu ilə güləib. Görüşün sonuna yaxın vazari fəndində ilişən İrina bürünc medal üçün güləşməli olub. Burada holland Tessi Seyvlkulsa qalib gələn İrina komandamıza daha bir bürünc qazandırmağı bacarıb.
Bununla da komandamız mundialı 4 medalla başa vurub. Yarışlar əvvəlki günlərində Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) komandamız gümüş medallar qazanıdmışdılar.