Millilərimiz növbəti görüşlərini keçirəcək

ESTAFET/ Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcək.

Kişilərdən ibarət yığma II turda Finlandiya ilə qarşılaşacaq.

Qadınlardan ibarət millimiz isə Avstraliyanı sınağa çəkəcək.

Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Müəllif: Natiq NƏSİROV