"MƏĞLUBİYYƏTİN SƏBƏBİ ÇOXLU SƏHVLƏR İDİ" - PROSİNEÇKİ

ESTAFET/ 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələ oyununda Norveç-Azərbaycan görüşündən sonra məşqçilərin mətbuat konfransı keçirilb. 0:2 hesabı ilə məğlub olan millimizin baş məşqçisi Robert Prosineçki oyun haqda aşağıdakı fikirləri səsləndirib:


"İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, komandam son qarşılaşmalardakı oyununu göstərə bilmədi. Rəqibdə istək daha çox idi, bizdən üstün idilər. Bu gün bizim günümüz deyildi. Bir neçə şansımız olsa da, rəqib bizdən çox üstün oldu. Layiqli qələbə qazandılar. 3 gündən sonra bizi növbəti oyun gözləyir. San Marino yığması ilə qarşılaşmaya hazırlaşacağıq. Qolları penaltidən və avtoqolla buraxdıq. Bugünkü məğlubiyyətin səbəbi çoxlu səhvlər idi. Belə səhvləri Norveç kimi komandalar bağışlamır. Bizim də qol şanslarımız oldu. Amma komandam istədiyimiz oyunu göstərə bilmədi. Norveç millisi güclü komandadır. Bu rəqiblə asanlıqla oynaya bilmərik. Kamran Ağayev son 6 ayda klubsuz qalmışdı, təcrübəsi az idi. Çexiya çempionatında ötən tur meydana çıxdı. İkinci qolda onun səhvi yox idi. Çünki Rəşad Sadıqov avtoqol etdi. Növbəti oyunlarda qapıda kimin duracağı barədə suala hələlik cavab verə bilmərəm".