Red Bull Soapbox Race 2024-ün qalibləri bəlli oldu

22 sentyabr Heydər Əliyev Mərkəzinin qarşısında Red Bull Soapbox Race 2024 yarışı keçirildi.

300 metr uzunluğunda qurulan yarış zolağında 21 komanda öz layihələndirdiyi və istehsal etdiyi araba ilə yarışıb. Nəticədə ən çox bal toplayıb birinci yeri qazanan 21 Pilots komandası oldu, ikinci və üçüncü yerləri isə MatadorJack Daniels komandaları sahib oldular.

 Belə ki, yarışın qalibləri  aşağıdakı mükafatları qazanıb:

- Birinci yerin sahibi Avstriyanın Zaltsburq şəhərində yerləşən Red Bull Hangar-7 muzeyinə səyahət.

- İkinci yerin sahibi Oman Krallığında baş tutacaq Red Bull Car Park Drift yarışının dünya finalını izləmək üçün səyahət.

- Üçüncü yerdə yekunlaşan isə ölkə daxili qış istirahət mərkəzlərindən birində tətil imkanı.

Red Bull Soapbox Race 2024 tədbiri Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə keçirildi.

Qeyd edək ki, ilk Red Bull Soapbox Race 2000-ci ildə Belçikada təşkil olunub. O vaxtdan bəri, yarış dünya üzrə 100-dən çox ölkəyə yayılaraq on minlərlə izləyici cəlb edib. Azərbaycanda isə bu yarış artıq ikinci dəfə idi ki keçirilirdi.

Müəllif: Bəhruz MƏMMƏDOV