KAMRAN BÜRÜNCLƏ KİFAYƏTLƏNDİ
ESTAFET/ Xəbər verdiyimiz kimi Hamburqda (Almaniya) boks üzrə Dünya çempionatı davam edir. Dünyanın seçilmiş 280 boksçusu burada 9 gün ərzində 10 çəki dərəcəsində ən güclüləri müəyyən edəcəklər.
 
Bu gün mundialda yarımfinal döyüşlərinə start verilib. Xəbər verdiyimiz kimi, axşam seansında Kamran Şahsuvarlı 75 kq çəki dərəcəsində yarımfinal döyüşündə qazax Abilxan Amankul ilə qarşılaşırdı. Təəssüf ki, boksçumuz rinqi 1:4 hesablı məğlubiyyətlə tərk edib və mundialı bürünc medalla başa vurub.