MƏCİDOV ÜÇÜNCÜ DƏFƏ DÜNYANIN ƏN GÜCLÜSÜ OLDU!
ESTAFET/ Xəbər verdiyimiz kimi Hamburqda (Almaniya) boks üzrə Dünya çempionatı başa çatdı. Dünyanın seçilmiş 280 boksçusu burada 9 gün ərzində 10 çəki dərəcəsində ən güclüləri müəyyən ediblər.
 
Bu gün keçirilən final döyüşləri ilə mundiala yekun vurulub. Azərbaycan millisi mundialın son günündə Məhəmmədrəsul Məcidovun timsalında yeni rekorda imza atıb. Belə ki, final döyüşündə Məcidov qazax boksçu Kamşıbek Kunkabayevi 4:1 hesabı ilə məğlub edərək 3-cü dəfə Dünya çempionu adını qazanıb. Bu isə Azərbaycan boks tarixində yeni göstəricidir!
 

Qeyd edək ki, daha öncə Kamran Şahsuvarlı (75 kq) millimiz üçün bürünc medal qazanmışdı. Beləliklə 4 boksçu ilə təmsil olunduğumuz mundialı komandmız 2 medalla başa vurmağı bacarıb.