Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Sabah” Yunanıstan klubuna məğlub oldu -
“Sabah” Yunanıstan klubuna məğlub oldu

ESTAFET/ "Sabah"ın kişi basketbolçulardan ibarət komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirib.

G qrupunda yer alan Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv 2-ci turda Yunanıstan təmsilçisi "Marussi" ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisi ilk turda səfərdə Belçikanın "Spiru" komandasına 81:82 hesabı ilə məğlub olub.

Müəllif: Məsim MƏSİMZADƏ