ŞƏHRİYAR QƏLƏBƏ, TEYMUR BƏRABƏRLİKLƏ BAŞLADI: DK-2017
ESTAFET/ Bugündən Tbilisidə şahmat üzrə Dünya Kubokunda mübarizəyə satrt verilib. Xəbər verdiyimiz kimi, Dünya Kubokunda Azərbaycan 2 şahmatçı ilə təmsil olunur - Şəhriyar Məmmədyarov (2797) və Teymur Rəcəbov (2742). Bu gün Kubokun 1/64 final mərhələsində ilk qarşılaşmalara keçirilib.
Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla Çin şahmatçısı Qunaçu Liu (2455) üzərində qələbə qazanıb və böyük ehtimalla növbəti mərhələnin qapısını açıb.
Teymur isə yarışa ağ fiqurlarla başlayıb və bu üstünlükdən yararlana bilməyib. Belə ki, o qaralarla oynayan Farer adaları təmsilçisi Helgi Dam Ziska ilə heç-heçəyə razılaşıb.