Paraüzgüçü Əli Vəliyev Gimnaziadanın gümüş medalçısıdır

Yeniyetmə idmançımız qarışıq kateqoriyalar üzrə 200 metr məsafəyə sərbəst üsulda 644 xal nəticə ilə ikinci olub və Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarının gümüş medalını qazanıb.

Qeyd edək ki, Ə.Vəliyev Gimnaziadanın növbəti yarış günlərində 50 metr məsafəyə arxası üstə, kəpənək və sərbəst üzmə üsullarında mübarizə aparacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV