Skopyedə Avropa Atletika Liderlərinin görüşü və Strateji fikir mübadiləsi

Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Atletikasının Konvensiyası keçirilir.

Tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov və mütəxəssis Brandon İsakov iştirak edir. Tədbirin ilk günündə işçi qrupların görüşləri keçirilib və müxtəlif aktual mövzularda müzakirələr aparılıb. Bu gün isə  üzv federasiyaların rəhbərlərinin forumu baş tutub. Burada il ərzində görülən işlər barədə hesabatlar dinlənilib, həmçinin Avropa Atletikasının hədəfləri haqda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirə ilin ən yaxşı Avropa atletlərinin təltif olunacağı “Golden Tracks” mükafatlandırma mərasimi ilə yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV