"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində voleybol üzrə kişilər arasında ölkə kuboku start götürdü

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.

Yarışın ilk günündə iki oyun baş tutub. Bu gün  A qrupunda yer alan “Gənclər” və “Neftçi” komandaları GİN-in Voleybol Mərkəzində üz-üzə gəliblər. Bu oyun “Neftçi”nin quru hesablı qələbəsi ilə yekunlaşıb.

FHN-in İdman zalında keçirilən qarşılaşma isə “Xilasedici” və “Murov Az Terminal” klubları arasında olub. Bu görüşdə isə “Xilasedici” 3:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, kişi voleybolçuların ölkə kubokunda növbəti qarşılaşmalar oktyabrın 29-də Sumqayıt OİK-də və Bakıda GİN-nin Voleybol Mərkəzində baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gənclər” klubu Sumqayıtda “AZERRAIL”lə, B qrupunda yer alan “Xilasedici” isə GİN-nin Voleybol Mərkəzində MOİK komandası ilə üz-üzə gələcək.

Ölkə kuboku

Kişilər
26 oktyabr
A qrupu

“Gənclər” - “Neftçi” 0:3 (16:25, 12:25, 10:25)

B qrupu

“Xilasedici” - “Murov Az Terminal” 3:0 (25:17, 25:23, 25:21)

Müəllif: Bəhruz MƏMMƏDOV