SONUNCU MEDAL BÜRÜNC OLDU: YDÇ-2017
ESTAFET/ Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilər arasında Dünya çempionatı davam edir. Bu gün yarışlarda son mübarizə günüdür.
Son yarış günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Xəbər verdiyimiz kimi, dünən 4 güləşçimiz yarışların finalına çıxmışdılar və onlar yığmaya 1 qızıl, 3 gümüş medal qazandırıblar.
Bu gün mübarizəyə qoşulan pəhləvanlarımızdan yalnız Hacımurad Hacıyev yığmanın aktivinə 1 bürünc medal əlavə edə bilib.
Güləşçilərimizin keçirdikləri görüşləri və nəticələri sizə təqdim edirik.
46 kq: Tofiq Əliyev
1/8 final: Tofiq Əliyev - Turki Ali Hazoazi (KSA) 3:2
1/4 final: Tofiq Əliyev - Girogi Qeqelaşvili (GEO) 1:6
Təsəlliverici: Tofiq Əliyev - İoannis Martidis (GRE) 1*:1
Bürünc medal üçün: Tofiq Əliyev - Adlan Əsgərov (KAZ) 0:11
54 kq: Şahmurad Usuflu
1/16 final: Şahmurad Usuflu - Tiqran Qazarytan (ARM) 1:8
63 kq: Hacımurad Hacıyev - Bürünc medal
1/16 final: Hacımurad Hacıyev - Tristan Kato (CAN) 6:0 tuşe
1/8 final: Hacımurad Hacıyev - Tino Rettinger (GER) 10:0
1/4 final: Hacımurad Hacıyev - Rohit Rohit (IND) 6:4
Yarımfinal: Hacımurad Hacıyev - İnar Ketiya (RUS) 0:4
Bürünc medal üçün: Hacımurad Hacıyev - Byambadorj Enxbayar (MGL) 11:0
76 kq: İslam Əliyev
1/16 final: İslam Əliyev - Karson Li (CAN) 10:0
1/8 final: İslam Əliyev - Tavros Alovizos (GRE) 10:0
1/4 final: İslam Əliyev - Pyotr Karaseni (MDA) 6:8
100 kq: Temraz İsmayılov
1/16 final: Temraz İsmayılov - İsmail-bek Nirov (RUS) 0:11
Təsəlliverici: Temraz İsmayılov - Enx Orgil Bijin (MGL) 21:11
Təsəlliverici: Temraz İsmayılov - Solomon Manaşvili (GEO) 8:7
Bürünc medal üçün: Temraz İsmayılov - Seyidmehdi Haşemicoybari (IRI) 0:10