Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında ingilisdilli tələbələrlə görüşüb

Noyabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında (AİA) məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb.

Qeyd edək ki, gənclər və idman nazirinin təşəbbüsü ilə AİA-da ilk dəfə tədrisi ingilis dilində aparılan məşqçilik ixtisası üzrə qəbul həyata keçirilib. Bu pilot layihənin birinci tədris ilində tələbələrin ingilis dili və bacarıqlarının təkmilləşdirilməsi nəzərdə tutulub. İxtisas fənləri isə növbəti ildən tədris olunacaq.

Görüşdə ingilis dilində tədris prosesinin təşkili məsələləri geniş müzakirə edilib. Məşqçilik ixtisası üzrə təhsil proqramının yenilənməsinin vacibliyini vurğulayan Fərid Qayıbov tədrisin ingilis dilində aparılmasının zəruriliyi və bunu doğuran səbəblər, eləcə də tələbələrin dil bacarıqlarının inkişaf dinamikası ilə bağlı müəllimlərlə müzakirə aparıb. Daha sonra tədris prosesinin təşkilinin gedişi və tələbələri narahat edən məsələlərlə bağlı onların fikirlərini öyrənib.

Müəllif: Bəhruz MƏMMƏDOV