Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
250-Cİ QƏLƏBƏ "İNTER"İ 5-Cİ ETDİ -
250-Cİ QƏLƏBƏ "İNTER"İ 5-Cİ ETDİ

ESTAFET/ Bakının "İnter" klubu Topaz Premyer Liqasının IV turunda yubiley qələbəsini qazanıb. Paytaxt təmsilçisi "Kəpəz"lə qarşılaşmada Azərbaycan çempionatlarında 250-ci dəfə 3 xal əldə edib. 

 

Bunadək 249 qələbəsi olan "İnter" öz meydanında 148-ci dəfə qalib gəldi. Digər 102 qələbə səfər matçlarına təsadüf edib.

 

Ölkə çempionatında 1999/2000 mövsümündə "Xəzər Universiteti" adı altında debüt edən paytaxt klubu ilk qələbəsini 1999-cu il noyabrın 21-də Sumqayıt "Xəzər"i ilə matçda qazanıb – 2:1. 2004-cü ildən "İnter" adı ilə çıxış edən klub 250 və daha çox qələbəsi olan 5-ci komandadır. Bunadək yalnız 4 komanda - "Neftçi", "Qarabağ", "Kəpəz" və "Turan" bunu bacarıb.