İmaməddin Xəlilov vətənə qayıtdı
Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı parataekvondoçusu seçilən İmaməddin Xəlilov doğma Vətənə qayıdıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançımızı böyük sevgi və coşqu ilə qarşılayıblar. Qarşılama mərasimində Milli Paralimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, parataekvondo üzrə milli komandanın üzvləri və media nümayəndələri iştirak ediblər.
Bu möhtəşəm nailiyyət, İmaməddin Xəlilovun yalnız şəxsi zəfəri deyil, həm də Azərbaycan idmanının beynəlxalq arenada qazandığı uğurların bariz nümunəsidir.