IV Mandarin Cup yarışları başladı!
3-7 yanvar tarixlərində Türkiyənin Bodrum şəhərində keçirilən IV Mandarin Cup yarışları rəsmi olaraq start götürdü. Yarışın ilk günü yağışlı hava şəraiti ilə yadda qaldı. Buna baxmayaraq, yelkənçilər maksimum performans sərgiləməyə çalışdılar.
- Sarı və yaşıl qruplar – 2 yarışda iştirak edə bildilər.
- Qırmızı qrup – Cəmi 1 yarış keçirdi.
Yağışlı hava şəraitinə baxmayaraq, iştirakçılar arasında böyük rəqabət və həyəcan müşahidə edildi. Yarışların davamını səbirsizliklə gözləyirik!
Yarışın nəticələrini bu linkdən izləyə bilərsiniz.
Foto: @sedatylmaz35