Misli Premyer Liqası hakimləri Antalyada FIFA fitnes testi veriblər

Misli Premyer Liqası oyunlarına təyinat alan hakimlər və köməkçi hakimlər Antalyada təlim-məşq toplanışı çərçivəsində FIFA fitnes testindən keçiblər.

Təlim-məşq toplanışı zamanı hakimlərin fiziki hazırlıq səviyyələri yoxlanılıb və beynəlxalq standartlara uyğunluqları dəyərləndirilib. Bu testlər, hakimlərin qarşıdan gələn oyunlarda yüksək səviyyədə çıxış etmələri üçün vacib mərhələ hesab olunur.

Hakimlərin peşəkarlığının artırılması istiqamətində aparılan bu işlər ölkə çempionatının oyunlarının keyfiyyətini daha da yüksəltmək məqsədini daşıyır.

Müəllif: Bəhruz MƏMMƏDOV